Azərbaycanda koronavirusa təkrar yoluxma faktı qeydə alınmayıb.
Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, hələ ki, COVİD-19-a təkrar yoluxmanın rəsmi şəkildə mövcudluğu ilə bağlı məlumat yoxdur.