Artıq 124 mindən çox şagird və abituriyentin imtahan nəticəsi bəllidir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, yaxın iki həftə ərzində sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonların abituriyentləri üçün imtahan keçiriləcək. Təxminən 58 minə yaxın abituriyent bu imtahanda iştirak edəcək: “Artıq epidemioloji vəziyyət imtahanların keçirilməsi üçün uyğundur”.