İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb.
Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə təlimatlar hazırlanıb: “İndiyədək keçirilən imtahanlıar da həmin təlimatlara uyğun keçirilib. Bu imtahanlarda 143 minə yaxın şəxs iştirak edib”.
X.Xanlarzadə qeyd edib ki bu il imtahanlar lokallaşdırılmış qaydada keçirilib: “Əvvəl imtahanlar daha çox şəhər mərkəzlərində keçirilirdi. Indi isə imtahanlarda kütləviliyin azaldılması üçün bütün rayon və şəhərlərdə keçirilib. Bu 220-250 nəfər imtahanın iştirak etməsinə imkan verib”.