"Operativ Qərargahdan imtahan keçirmək üçün icazə almışıq. Hazırda bu imtahanları 60 min insan gözləyir".
Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu imtahanlar 24-25 iyulda və 2-3 iyulda təxirə salınan kontingentə və sərt karantin tətbiq olunan bölgələrə aiddir.