11-ci sinif şagirdləri üçün 24-25 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahanlarında iştirakı nəzərdə tutulan 8385 nəfərdən 120 nəfər imtahana gəlməyib.
Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.