• 29 Mart 2024
logo
TN: Tədris ilinin əvvəlinə qədər MİQ müsabiqəsinin bütün mərhələləri başa çatdırılmalıdır

TN: Tədris ilinin əvvəlinə qədər MİQ müsabiqəsinin bütün mərhələləri başa çatdırılmalıdır

“Sentyabrın 15-i tədris ilinin başlanğıcıdır. Konkret bu müddət ərzində yaranan vakansiya var və bu vakansiyalar tutulmalıdır”.

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, tədris ilinin əvvəlinə qədər artıq müsabiqənin bütün mərhələləri başa çatdırılmalıdır ki, kadr təminatı çevik şəkildə olsun və vakansiyaların yüksək peşəkar kadrlar tərəfindən tutulması təmin edilsin.