• 23 Sentyabr 2020
logo
Eşqi Bağırov: "2000-ə yaxın müəllimin iş yerinin dəyişdirilməsi ilə bağlı müraciəti müsbət cavablandırılıb"

Eşqi Bağırov: "2000-ə yaxın müəllimin iş yerinin dəyişdirilməsi ilə bağlı müraciəti müsbət cavablandırılıb"

"2020-ci ilin əvvəlindən dünyaya yayılan koronavirusun ölkəmizdə də qarşısının alınması üçün bir çox tədbirlər həyata keçirilir. Martdan kütləvi tədbirlər dayandırılıb, sərhədlər bağlanıb, xəstəliklə mübarizə məqsədilə bu müddətdə epidemiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür. Bu şəraitdə mövcvud məhjdudiyyətlər çərçivəsində təhsil sahəsində də xüsusi qərarlar qəbul edilib. Kütləvi tədbirlərin, müsabiqələrin insanların bir yerə toplaşması ilə bağlıdır".

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, vəziyyətə uyğun olaraq əvvəlki illərdə mart-aprel aylarında müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşmə müsabiəqsi keçirilirdi: "Bu zaman müxtəlif bölgələrdən Bakıya dəvət olunurdular. Bakıda ənənəvi formada müsahibəlıərdə iştirak edirdilər".

E.Bağırov deyib ki, mövcud vəziyyətlə əlaqədar bu il müsahibələr onlayn şəkildə həyata keçirilir. Müəllimlərin 95%-i bu müsahibədə iştirak edir: "Ən ucqar kənddə işləyən müəllimlər də iştirak edib, 1300 nəfərə yaxın müəllim daimi əsasla işə qəbul olunub. Bundan sonra müəllimlərin iş yerinin dəyişdirilməsi müsaqəbəsi olub, əvvəlki illərdə də onlayn qaydada keçirilirib. Daha sonra namizədlər yenə də Bakıya gəlməklə müraciətləri təsdiq olunurdu. Bu il prosesin son mərhələsi olan sənədlərini Bakıya gətirməmək üçün müəllimlər üçün şərait yaradılıb ki, bütün sənədlərini proqramla göndərsinlər. 2000-ə yaxın müəllim iş yerinin dəyişdirilməsi ilə bağlı müraciəti müsbət cavablandırılıb. 2016-2017-də bu rəqəm çox az idi, bu il isə rekord sayda olub".