• 4 Avqust 2020
logo
Müəllimlərin işə qəbulu imtahanları avqustda keçiriləcək

Müəllimlərin işə qəbulu imtahanları avqustda keçiriləcək

Bu il Müəllimlərin İşə Qəbulu ilə bağlı test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunacaq.

Nazirlikdən verilən məlumata görə, imtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindın əvvəlcədən elan edəcəyi qrafika uyğun cari ilin avqust ayında həyata keçiriləcək.

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Qeyd edək ki, iyulun 16-dan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.