• 29 Mart 2024
logo
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

İyul ayı üzrə pensiyaların ödənişinə başlanılıb. Artıq Bakı şəhəri üzrə bu ayın pensiyaları ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Məlunata görə, pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb.

Ayın 15-16-dək ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənilməsi nəzərdə tutulub.

İyul ayında da pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişinin vaxtından tez həyata keçirilməsi təmin olunacaq.