“Plazma müalicəsini Azərbaycanda bu gün tətbiq edirik və bunun istifadəsi ilə əlaqədar müsbət nəticələr var”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, bununla bağlı hələ statistika yoxdur: “Yaxın vaxtlarda bu işlə birbaşa məşğul olan hematoloqlar ictimaiyyətə məlumat verəcəklər”.