• 5 Avqust 2020
logo
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ikinci onlayn müzakirəsini keçirib

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ikinci onlayn müzakirəsini keçirib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində ikinci onlayn müzakirə keçirilib. Bu barədə SosialMedia.az-a birliyin mətbuat xidmətindən bildirilib.
Onlayn müzakirə “Sosial şəbəkənin imkanlarından yararlanaraq əleyhimizə olan qüvvələrin dövlət müstəqilliyinin, xalqın əleyhinə olan informasiyalarının, “Fake news” hücumlarının məqsədlərinin izahı” mövzusunda baş tutub.

“Bəzi cəmiyyətlər kimi biz də “Fake news” xəbərlərin hücumundan əziyyət çəkirik. Müxtəlif xarici dairələrin, onlardan maliyyələşən bəzi məqsədli qrupların, eyni zamanda dilimizi bilən işğalçı Ermənistanın ayrı-ayrı vətəndaşlarının, təşkil olunmuş qrupların və ya onların lobbiçilik etdiyi dəstələrin sosial şəbəkədə Azərbaycana qarşı “Fake news” hücumlarının şahidi oluruq. Müxtəlif sosial şəbəkələr vasitəsilə edilən bu hücumlar birbaşa Azərbaycanın dövlət və milli maraqlarının əksinə yönəlir. Ölkəmizə qarşı “Fake news” hücumlarının məqsədi nədir? Cəmiyyət olaraq özümüzü necə qoruya bilərik?”-ətrafından keçirilən onlayn müzakirədə layihənin ekspertləri, QHT, mediya nümayəndələri və sosial şəbəkə istifadəçiləri iştirak edib.