• 19 Aprel 2024
logo
Cavid Paşayevin səhhəti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb

Cavid Paşayevin səhhəti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb

“Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin koronavirusa yoluxmuş müdiri Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”.

Bu barədəTƏBİB-in şöbə müdiri Şükür Eyvazov məlumat verib.

O qeyd edib ki, hazırda C. Paşayevin səhhəti stabildir: “Hörmətli birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığıyla gündə bir neçə dəfə onun səhhətiylə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.

Qeyd edək ki, C. Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ağır koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub. Özü də koronavirusa yoluxan C. Paşayev hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.