• 20 Sentyabr 2020
logo
Müəllimliyə namizədlər üçün onlayn müsahibələrin keçirilmə tarixi müəyyən olunub

Müəllimliyə namizədlər üçün onlayn müsahibələrin keçirilmə tarixi müəyyən olunub

İyulun 10-da dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb. Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.