• 7 Dekabr 2024
logo
Müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib

Müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib

Bu il müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirdikləri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nəticələrin ləğvinə səbəb imtahan qaydalarının pozulmasıdır:
"Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmək, yanındakı namizəd ilə söhbət etmək olub. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib".