• 5 Avqust 2020
logo
Zoologiya İnstitutu: Çəyirtkələrə qarşı mübarizə tədbirləri may-iyunda aparılmalıdır

Zoologiya İnstitutu: Çəyirtkələrə qarşı mübarizə tədbirləri may-iyunda aparılmalıdır

Azərbaycana çəyirtkələr əsasən Rusiyanın cənub ərazilərindən, İran və Türkmənistan sərhədindən daxil ola bilər.

Bunu AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov deyib.

Onun sözlərinə görə, çəyirtkələr hətta dəniz üzərindən də uça bilərlər:

Azərbaycanda çəyirtkələrin 50-dən çox növünün olduğunu deyən B.Əhmədov bildirib ki, onlar əsasən kütləvi çoxalma dövründə böyük sürülər təşkil edərək bir yerdən digər ərazilərə miqrasiya edərək təsərrüfatlara ciddi ziyan vururlar:

"Onlar bitkilərin yaşıl hissəsi ilə qidalanırlar. Əsasən taxıl bitkilərinə ziyan vururlar. Çəyirtkələr yumurtalarını may-iyun aylarında əkin sahələrinin ətrafında istifadə olunmayan torpaqlarda qoyurlar. Yumurtadan çıxan sürfələr gün ərzində 20-30 dəfə qidalana bilir".

Mütəxəssis qeyd edib ki, çəyirkələrə qarşı həm aqrotexniki, həm də kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.

O, mübarizə tədbirlərinin may-iyun aylarında aparılmasını daha məqsədəuyğun sayıb.

Qeyd edək ki, iyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub.

Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Aqrar Xidmətlər Agentliyinin rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata kecirilir.