"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") 3 min ədəd LTE modemlərin satın alınmasına dair açıq tender elan edib.
"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, iddiaçılar tender təklifini və bank təminatını 10 avqust 2020-ci il saat 17:00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Tenderdə iştirak ödənişlidir və iddiaçılar müəssisənin hesabına 600 manat məbləğində vəsait köçürməlidirlər.
İddiaçıların təklifləri 11 avqust 11:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaq.