• 4 Avqust 2020
logo
Ali məktəblərdə doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib

Ali məktəblərdə doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib

“Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”ı təsdiqlənib.

Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.