• 14 Avqust 2020
logo
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Xəzər Televiziyasının aparıcısı və xəbər redaktoru Yusif Kərimli bildirib ki, bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib: "Bibim, 1959-cu il təvəllüdlü Gülnarə Xəlilova Mərdəkanda 26 saylı birləşmiş şəhər xəstəxanasında uşaq həkimi idi. Koronavirusa yoluxduğu üçün ötən gün Neftçilər Xəstəxanasına yerləşdirilib, dünən elə orada da vəfat edib”.

Y. Kərimli qeyd edib ki, G.Xəlilova şəkər xəstəliyindən də əziyyət çəkirmiş.