• 25 Aprel 2024
logo
İqtisadiyyat Nazirliyi: İcazələr portalı vasitəsilə 552 616 işçiyə icazə alınıb

İqtisadiyyat Nazirliyi: İcazələr portalı vasitəsilə 552 616 işçiyə icazə alınıb

6 iyul saat 14:00-a olan məlumata görə, “icaze.e-gov.az” portalında 24 862 işəgötürən tərəfindən 552 616 işçiyə icazə alınıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iqtisadi fəallığın saxlanmasında bilavasitə maraqlı olan İqtisadiyyat Nazirliyi sahibkarları ölkədə yaranmış sanitar-epidemioloji duruma həssaslıqla yanaşmağa çağırır. Hazırda nazirliyin bütün strukturları fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan vergi ödəyicilərinin qarşılaşdığı çətinlikləri həll etmək üçün səfərbər olunub.

İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrin fəaliyyət kodlarını təqdim edir. Hüquqi və fiziki şəxslər fəaliyyətinə icazə verilən sahələr, habelə işçi sayına tətbiq edilən məhdudiyyətlər barədə məlumatı aşağıdakı link vasitəsilə dəqiqləşdirə bilərlər: https://www.economy.gov.az/article/bildirish/31033.