• 19 Aprel 2024
logo
Azərbaycanda daha 523 nəfərdə COVID-19 aşkarlanıb, 451 nəfər sağalıb, 9 nəfər vəfat edib

Azərbaycanda daha 523 nəfərdə COVID-19 aşkarlanıb, 451 nəfər sağalıb, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 523 yeni yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6722, ötən müddət ərzində isə ümumilikdə 516533 test aparılıb.