• 3 Avqust 2020
logo
"Bizdən yalnız bu qaydalara riayət etmək tələb olunur"

"Bizdən yalnız bu qaydalara riayət etmək tələb olunur"

Koronavirusun qarşısının alınması məqsədilə ölkə Prezidentinin çevik, təxirəsalınmaz tapşırığı və birbaşa rəhbərliyi ilə mühüm işlər görülüb Bunu xalqcebhesi.az-a Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib. QHT sədri qeyd edib ki, mart ayında ölkəmizdə virusun fəsadları aşkar olunduqda hökumət tərəfindən tez bir zamanda geniş məzmunlu tədbirlər planı hazırlanaraq dərhal onun icrasına başlanıldı: "Əsas məqsəd əhalinin sağlamlığının təhlükəsizliyinin təminatı məsələsiydi ki, virusla mübarizənin ilkin mərhələsində uğurlu nəticələr əldə edildi. Tədbirlər planında əhalinin sağlamlığının, həmçinin pandemiyadan birbaşa təsirlənən sahələrdə əhalinin sosial vəziyyətinin və biznesin aktivliyin qorunması nəzərdə tutulurdu ki, bunlar da həyata keçirildi. Həyata keçirilən tədbirlər infeksiyanın geniş yayılmasının qarşısını almağa və sosial-iqtisadi aktivliyin tez bir zamanda bərpasına imkan verdi". QHT sədrinin fikrincə, koronavirusla mübarizədə hökumətin həyata keçirdiyi tədbirlər əhali tərəfindən də rəğbət və razılıqla qarşılandı digər ölkələrlə müqayisədə Azərbaycanda daha qabaqlayıcı tədbirlər həyata keçirilmişdir: "Tədbirlər hesabına koronavirusla mübarizə sahəsində uğurlu nəticələr əldə edildi. Demək olar ki, hər bir vətəndaşımız müəyyən edilən qaydalara riayət edirdi. Lakin karantin rejimi yumşalandan sonra yoluxma səviyyəsində artım müşahidə edildi. Əhalinin əks-epidemik tələblərə zəif riayət etməsi yoluxma səviyyəsinin artmasına səbəb oldu. Buna baxmayaraq, aparılan intensiv maariflənmə tədbirləri, paralel olaraq sərt karantin qaydalarının tətbiqi yoluxma səviyyəsinin daha da kəskinləşməsinin qarşısı alınır. Bizdən yalnız bu qaydalara riayət etmək tələb olunur. Vətəndaşlarımız bilməlidirlər ki, Sağlamlığımız yalnız öz əlimizdədir. Bu məsələdə birgə addım atmalıyıq, virusdan birə qorunmalıyıq".

Cavid