• 29 Mart 2024
logo
Qərargah: Məcburi qaydalar tətbiq etməsək, lokal yoluxmalar daha geniş yayıla bilər

Qərargah: Məcburi qaydalar tətbiq etməsək, lokal yoluxmalar daha geniş yayıla bilər

“Evə təcrid təbii ki, immun sistemini zəiflədir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, sərt karantin rejimi barədə qərarlar məcburiyyətdən verilir: “Biz məcburi qaydalar tətbiq etməsək, lokal yoluxmaları daha geniş yaya bilərik. Əlbəttə, nə qədər tez normal həyata qayıtsaq, bu, immun sisteminin də güclənməsinə təsir göstərəcək”.