• 11 Avqust 2020
logo
Agentlik sədri: "Fəaliyyətinə icazə verilməyən təşkilatların çoxlu sayda işçisinə icazə aldığı məlum olub"

Agentlik sədri: "Fəaliyyətinə icazə verilməyən təşkilatların çoxlu sayda işçisinə icazə aldığı məlum olub"

“İqtisadiyyat Nazirliyinin apardığı araşdırmalar zamanı fəaliyyətinə icazə verilməyən təşkilatların çoxlu sayda işçisinə icazə aldıqları məlum olub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Dövlət Agentliyinin sədri deyib ki, bəzi təşkilatlar əməkdaşların 50 faizinə icazə verilməsi nəzərdə tutulsa da, daha çox əməkdaşa icazə veriblər: “Bu icazələr ləğv olunur. Əməkdaşları ilə bağlı icazə alan təşkilatlar gündəlik elektron portallarına daxil olaraq, hansı əməkdaşlarının icazəsinin qüvvədə olmasını yoxlasınlar”.