Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, ekspress marşrutlar təşkil olunacaq: “Şəhərə lüzumsuz gələnlərin qarşısı alınacağı təqdirdə, çətinlik olmayacağını düşünürük. Ehtiyac olsa, sıxlıq yaransa, əlavə avtobuslar ayrıla bilər. Avtobuslarda sıxlıq varsa, insanların digər avtobusu gözləmələri yaxşı olardı”.