• 23 Sentyabr 2020
logo
Şahmar Mövsümov: “Başqalarını yoluxduran şəxslər cinayət məsuliyyəti daşıyırlar”

Şahmar Mövsümov: “Başqalarını yoluxduran şəxslər cinayət məsuliyyəti daşıyırlar”

“İnsanların sosial məsuliyyəti olmalıdır ki, evdə müalicə zamanı izolyasiya qaydalarına riayət etsinlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, simptomu olmayan yoluxmuş insanlar virusun yayılmasında daha təhlükəli rol oynayırlar: “Bu aspektdə müəssisə rəhbərləri maska və sosial məsafə məsələsinə xüsusi diqqət yetirməlidirlər”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, tibb qurumları evdə müalicə alanların sağlamlıq vəziyyətinə nəzarət edir: “Gündə ən azı o xəstələrə iki dəfə zəng olunur, müvafiq suallar verilir, ehtiyac olduqda xəstəxanalara yerləşdirilir. Evdə qalmaq o insanların sosial məsuliyyətinə bağlıdır. Bu sahədəki problemlərlə əlaqədar güc strukturları da cəlb olunub, e-təbib tətbiqi tətbiq olunur”.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib ki, həmin insanlar evdən çıxaraq başqalarını yoluxdurduqda cinayət məsuliyyəti daşıyırlar: “Artıq bununla bağlı bir neçə hal da müəyyən edilib. İnsanlar imza atdığı iltizama uyğun öhdəliyi yerinə yetirməsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Evdə müalicə olunan şəxs vəziyyəti ağırlaşsa, 103-ə zəng etməlidir”.