• 26 Aprel 2024
logo
Prezidentin köməkçisi: "Təcili tibbi yardımın təşkilində həm TƏBİB-in, həm də Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edir"

Prezidentin köməkçisi: "Təcili tibbi yardımın təşkilində həm TƏBİB-in, həm də Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edir"

"Təcili yardımın əsas vəzifəsi evlərdən insanların xəstəxanalara yerləşdirilməsi və poliklinikalara təhkim edilməsidir".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, burada həm xəstəxanalar, həm də poliklinikalar iştirak edir: “Ona görə də təcili tibbi yardımın içində xüsusi koordinasiya qrupu yaradılıb. Bu qrupun işində həm TƏBİB-in, həm də Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edir”.