• 18 Fevral 2025
logo
Qorxmaz Hüseynov: “Uzun illərdən bəri hazırlanmayan su balansı hazırlanıb və ilkin təsdiqə verilib”

Qorxmaz Hüseynov: “Uzun illərdən bəri hazırlanmayan su balansı hazırlanıb və ilkin təsdiqə verilib”

"Bu ilin aprelində imzalanmış "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncama əsasən Komissiya yaradılıb".

Bunu bu gün Milli MəclisinTəbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmədə çıxış edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib.

O bildirib ki, Prezident İlham Əliyev əhalinin içməli su təchizatının yaxşılaşdırılmasına ciddi diqqət yetirir: "Dövlət başçısı son illər Bakı şəhəri və Abşeron yarımadası, respublikanın bir sıra şəhərlərinin, 210-dan çox kəndinin içməli su təchizatının yaxşılaşdırılmasıyla bağlı çoxsaylı sərəncam imzalayıb. Regional inkişaf proqramlarında əhalinin içməli su təminatının yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Görülən işlər əhalinin həyat şəraitini xeyli yaxşılaşdırıb. Pandemiya rejiminə baxmayaraq "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncama əsasən yaradılan komissiya qısa zamanda çox böyük işlər görüb. Eyni zamanda uzun illərdən bəri hazırlanmayan su balansı artıq hazırlanıb və ilkin təsdiqə verilib. Su balansının gələcəkdə daha təkmilləşməsi istiqamətində işlər görüləcək, ölçmə metodları daha yeni texnologiyaların tətbiqi ilə həyata keçiriləcək. Bu sənəddə ölkə üzrə olan bütün suların uçotu, qeydiyyatı, hərəkəti, itkiləri və səmərəliliyi tam qiymətləndirilə biləcək".