• 13 Fevral 2025
logo
Nazirlik: İkinci magistr təhsili ödənişli olacaq

Nazirlik: İkinci magistr təhsili ödənişli olacaq

Hər hansı şəxs dövlət hesabına birinci magistratura təhsili alıbsa, istədiyi təqdirdə ikili diplom proqramında magistr təhsili almaq üçün də müraciət edə bilər.

Bunu “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov bildirib.

Onun sözlərinə görə, ancaq ikinci magistr təhsili ödənişli olacaq.