• 13 Fevral 2025
logo
“Bir vətənimiz var - Azərbaycan” adlı sənədli filmin hazırlanması layihəsinə start verilir

“Bir vətənimiz var - Azərbaycan” adlı sənədli filmin hazırlanması layihəsinə start verilir

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olan Azərbaycanda yaşayan milli azlıqların mədəniyyətinə həsr olunan ingilis dilində “Bir vətənimiz var - Azərbaycan” adlı sənədli filmin hazırlanması layihəsinin icrasına başlayır.

"Bir vətənimiz var - Azərbaycan” sənədli filmin hazırlanmasında əsas məqsəd Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini, sənətkarlıq nümunələrini, Azərbaycanda tolerantlıq və multikulturalizmin, insan hüquqlarının qorunmasını dünya ictimaiyyətinə çatdırmaqdır.

Layihə çərçivəsində Lənkəran, Astara, Lerik rayonlarında kompakt şəkildə yaşayan talışlar, Quba rayonunda yaşayan yəhudilər və Qusar rayonunda yaşayan ləzgilərlə yanaşı digər milli azlıqların mədəni irsinin qorunması ilə bağlı 35 dəqiqəlik qısa metrajlı bir filmi hazırlamaq planlaşdırılıb.

Layihə 4 ay - iyulun 1-dən, noyabrın 1-dək nəzərdə tutulub.