• 9 İyul 2020
logo
“Bakı Natiqlik Məktəbi” İB layihənin icrasına başlayır

“Bakı Natiqlik Məktəbi” İB layihənin icrasına başlayır

“Bakı Natiqlik Məktəbi” İctimai Birliyi iyulun 1-dən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi əsasında, "Azərbaycanda yaşayan talışların sənətkarlıq nümunələri” adlı layihənin icrasına başlayır.

Layihənin ideyası Azərbaycanda yaşayan talışların mədəniyyətinin, onlara məxsus sənətkarlıq nümunələrinin bu gün də qorunaraq inkişaf etdirildiyini, Azərbaycanın müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışını təbliğ etməkdir.

Layihə çərçivəsində 20 dəqiqəlik sənədli film çəkiləcək. Filmdə talışların mədəniyyətindən, sənətkarlıq nümunələrindən bəhs olunacaq. Azərbaycanın tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irsin bu gün də müstəqil Azərbaycan Respublikası tərəfindən qorunduğu barədə faktlara toxunulacaq.