• 3 İyul 2020
logo
TƏBİB: Testlərin cavabı e-təbib vasitəsilə açıqlanacaq

TƏBİB: Testlərin cavabı e-təbib vasitəsilə açıqlanacaq

“Artıq bir neçə gündür ki, e-təbib mobil tətbiqi tətbiq olunur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva test verməyən insanlara koronavirus testinin müsbət olması ilə bağlı SMS-lərin gəlməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Y. Qarayeva deyib ki, insanlara artıq bir neçə gündür, SMS getmir, e-təbib üzərindən testlərin cavabları açıqlanacaq: “SMS-lə bağlı müəyyən çatışmazlıqlar olub ki, bunlar da aradan qaldırılıb”.