• 27 İyul 2024
logo
Hikmət Hacıyev: “Naxçıvana reyslərin intensivliyi müraciətlərə uyğun müəyyənləşir”

Hikmət Hacıyev: “Naxçıvana reyslərin intensivliyi müraciətlərə uyğun müəyyənləşir”

“Naxçıvan Ermənistan tərəfindən blokadadır”.Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Bakıda olan Naxçıvan sakinləri üçün uçuşlar bərpa olunub, sərnişinlər pulsuz testdən keçirilir: “İlkin mərhələdə vətəndaşların sayında artım var idi və reyslərin də sayı artırıldı. Əvvəllər İranla sərhəd açıq idi və avtobusla da Naxçıvana gediş-gəliş təmin olunurdu. Təyyarə ilə bunu tam həyata keçirmək mümkün deyil. Reyslərin intensivliyi də müraciətlərə uyğun həyata keçirilir”.