• 9 İyul 2020
logo
Prezidentin köməkçisi: “Azərbaycanda koronavirusla bağlı bütün rəqəmlər şəffafdır”

Prezidentin köməkçisi: “Azərbaycanda koronavirusla bağlı bütün rəqəmlər şəffafdır”

“Dünya dövlətlərinin statistikaları çox fərqlidir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikasının təcrübəsində çox tələbkar test mexanizmi ilk gündən tələb olunur: “Bizim test arealımız və əhatə dairəmiz çox genişdir. Gündəlik 7-8 min nəfər test edilə bilər. Azərbaycanda bütün rəqəmlər şəffaf xarakter daşıyır. Bu, onun göstəricisidir ki, Azərbaycanda dövlət və vətəndaş arasında etimadlı dialoq var. Hər şey vətəndaşa olduğu kimi çatdırılır. Testin aparılması və risk qruplarının müəyyən edilməsi ölkəmizdə şəffaf xarakter daşıyır”.