• 28 Mart 2025
logo
Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 15:15-dək elektron ərizə verən subbakalavrların sayı 15489-dur. Təsdiq olunan elektron ərizələrin sayı isə 12252-dir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.