• 18 Avqust 2019
logo
add image
ADA Universitetinin Bakı Yay Enerji Məktəbi 13-cü sinfini məzun edib

ADA Universitetinin Bakı Yay Enerji Məktəbi 13-cü sinfini məzun edib

ADA Universiteti Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin SOCAR və BP şirkətləri ilə birgə əməkdaşlıqda təşkil etdiyi ənənəvi Bakı Yay Enerji Məktəbi 13-cü məzun sinfini buraxıb.
Universitetdən Trend-ə bildirilib ki, bu il iki həftəlik sertifikat proqramını ABŞ, Vyetnam, Türkiyə, Avstraliya, Macarıstan, Yunanıstan, Meksika daxil olmaqla 31 nəfərdən ibarət enerji sektorunun peşəkarları uğurla başa vurub.
ADA Universiteti tarixində ilk akademik proqramlardan biri kimi təsis edilən Bakı Yay Enerji Məktəbi enerji və ətraf mühit məsələləri üzrə təlim keçmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirir. Beləliklə, məktəb iştirakçıları mövzularla bağlı biliyi ilk məlumat qaynağından alaraq enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, Xəzər hövzəsinin yerli və qlobal konteksdə qiymətləndirilməsi və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş şəkildə tanış olurlar.
ADA Universitetinin ixtisasartırma proqramları üzrə prorektor müavini Aygün Hacıyevanın sözlərinə görə, 13-cü Yay Məktəbinin proqramı ənənəvi mövzularla yanaşı, dəyişən enerji bazarlarında qeyri-ənənəvi nef və qaz mənbələrini də diqqətə saxlamışdır: “Enerji sektorunun ətraf mühitə artan təsirini nəzərə alaraq biz, dünyada və Azərbaycanda bu sahədə ən son texnoloji innovasiyalarla bağlı da məlumatı proqrama daxil etmişdik. ADA-nın SOCAR və BP ilə təşkil etdiyi Bakı Yay Enerji Məktəbi enerji sektorunda mükəmməl biliyi olmaqla yanaşı gələcək meyilləri görə bilən mütəxəssislər hazırlayır”.