"Pandemiya günlərində həkimlərimiz öz işlərinin öhdəsindən layiqincə gəlirlərlər". Bu fikri MayoMed klinikasının baş direktoru Qəzənfər Aloyev koronavirusala mübarizədə həkimlərimizin fəaliyyəti haqqında danışarkən deyib.
Qəzənfər Aloyevin sözlərinə görə bu ağır günlərdə əhalinin müəyyən qrup təbəqələri vardır ki, onlar xüsusi ilə əzmkarlıq göstərirlər: "Bunların içərisində həkimləri xüsusi ilə qeyd etmək istəyirəm. Həkimlərin göstərdikləri əziyyətlər, fədakarlıqlar əsil qəhrəmanlıqdır. Yəqin ki hamımız həkimlərin istifadə etdiyi formaları görmüşük. Bu formaları 5-10 dəqiqə geyinmək belə, əzablı olduğu halda həkimlərimiz 8 saat müddətində o formanın içərisində nəfəs almaqda çətinlik çəkməklərinə baxmayaraq, xəstələrin nəfəsini bərpa etməyə çalışırlar. Həkimlərin göstərdikləri əzmkarlıq, fədakarlıq alqışalayiqdir. Biz həkimlərimiz qarşısında baş əyib, sonsuz minnətdarlığımızı bildiririk ki, nə yaxşı ki ağ xalatlı mələklərimiz var. Və nə yaxşı ki onlar öz sağlamlıqları naminə başa gəlsə belə, bu ağır günlərdə bizlərin yanındadır və bizlərin sağlamlığımıza qovuşmağımız üçün əllərindən gələni əsirgəmirlər. Biz həkimlərimizlə fəxr edirik!"
Qəzənfər Aloyev deyib ki, MayoMed klinikası da dövlətin pandemiya ilə mübarizəsinə öz töhfəsini verib: "Aydın məsələdir ki, pandemiya ilə mübarizədə adi vətəndaşlardan tutmuş böyük şirkətlərə qədər hər bir şəxs öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək dövlətə dəstək olmalıdır, bu problemlərin aradan qaldırılması uğrunda atılan addımlara qoşulmalıdır. MayoMed klinikası olaraq biz də bu yöndə dəstəyimizi əsirgəməməyə çalışırıq və nail oluruq. Klinika olaraq həkimlərimizi və tibbi personalımızı səfərbər edib evlərdə xidmət göstərmək kimi məsələlərə start vermişik. Eyni zamanda bizim bir layihəmiz var, hansı ki mən bunu qeyd etməyə bilməzdim. Çünki bu, Azərbaycanda bir ilkdir. Bu layihənin kökündə əslində, xeyriyyəçilik durmuşdur. Bu layihə nədən ibarətdir? Bu layihə sayəsində vətəndaşlar çox az bir məbləğ ödəyərək çoxsaylı laboratoriya müayinələrindən, instrumental müayinələrdən, həkim müayinəsindən keçmək və həkim nəzarətində olmaq, yüksək çeşidli fizioterapiya xidmətlərinin istifadə olunmasına yönləndirilmişdir. Bununla bağlı ciddi işlər görülüb və artıq lahiyəmizə start verilib. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, sadəcə 299 manat ödəməklə yuxarda sadaladıqlarım hər bir məsələnin həllini tapmaq mümkündür. Xüsusi bir məqamı da qeyd etmək istəyirəm ki, layihəmizlə bağlı müraciət edən hər bir şəxs bizim bu xidmətlərimizdən sadəcə bir dəfə yox, il ərzində limitsiz şəkildə istifadə edə bilər. Beləliklə, MayoMed klinikası olaraq biz öz töhfəmizi verməyə çalışırıq".
Qəzənfər Aloyev zaman və məkana görə
kiçik, lakin fikir olaraq bəşəriyyət üçün böyük bir addım atdıqlarını qeyd edib: "
Qədim Şərqə məxsus belə bir deyim var. O zamanlarda insanlar xəstələnəndə deyil, xəstələnmədikdə təbiblərə ödəniş edərdilər. Bu o səbəbdən idi
ki, təbib və loğmanların əsas istəyi insanların sağlamlığı olsun. İnsanlar da yalnız əlacsız qalanda deyil, əksinə sağlam olanda təbibə təşəkkür etsinlər.
21-ci əsrdə dünya tam başqa maraqlar üzərində hərəkət etdiyi zaman gördük ki, dünyanın belə müdrik yanaşmaya ehtiyacı var. Yaratdığımız sistem və müasir şərait imkan verdi ki, qədim Şərq fəlsəfəsini bu gün üçün
tətbiq edək. Biz bunu yaratdıq və insanların sağlamlığını düşündüyümüz üçün bu sistemi "My Med Card" adlandırdıq.
"My Med Card" müştərilərinə müştəri deyil, sağlamlığı qorunmalı İnsan kimi baxan kart sistemidir. Bu ifadələrin dürüst və səmimi olduğunu isbat edən
əsas məqamları aşağıdakı punktlarla ifadə edirik.
• Burada kart sahiblərinin sağlamlığı əsas prioritetdir.
• Digərlərindən fərqli olaraq, insanların xəstələnməsi və tibb mərkəzində çox qalması marağı yoxdur.
• Eyni kart sahibləri maddi, sosial və sağlamlıq vəziyyəti cəhətdən tibb mərkəzi qarşısında bərabərdirlər və kart sahiblərinə limitsiz xidmət göstərilir.
• Verilən ödəniş mərkəzin daha yaxşı çalışması və həkimlərin daha gözəl xidmət göstərməsi üçündür.
• Həkimlərin əsas vəzifəsi insanları tibb mərkəzinə ehtiyacsız və sağlam saxlamaqdır.
Bu yanaşma kifayət edir ki, bu gün "My Med Card" sistemi səhiyyə üçün köklü müsbət dəyişikliklərə səbəb olsun. Tibb işçilərinin bu fəlsəfə ilə işə baxışını
təmin etsin, insanların həkimlərə sevgisini və inamını layiqli səviyyəyə qaldırsın.
Biz səmimi, düzgün və vicdanlı baxışımızla, insanları düşünür, «Mənim sağlamlığım önəmlidir» deyən insanlar üçün "My Med Card"ı təqdim edirik.
İnanırıq ki, ilk öncə Bakı və Azərbaycanı əhatə edəcək xidmətin səs-sədası sərhədləri aşacaqdır. Dünya insan sağlamlığına bu fəlsəfə ilə yanaşacaq,
insanlar xəstələnmədiyi üçün həkimlərinə dəyər verəcəkdir".