• 7 Dekabr 2024
logo
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndədirlər

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndədirlər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi və Dəyanət İşləri Başqanlığı arasında razılaşmaya əsasən, Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi”ndə iştirak edirlər.
Aİİ-dən verilən məlumata görə, 22 iyul 2019-cu il tarixdə başlayan “Yay məktəbi”nin ilk günündə Müəllimlər “Yay məktəbi”ndə iştirak edən Azərbaycan İlahiyyat İnstitutu, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsi tələbələrinə uğurlar arzulayıb, onları burada görməkdən məmnunluqlarını ifadə ediblər. Tələbələr üçün lazımi şəraitin yaradıldığını, dərslərin peşəkar müəllimlər tərəfindən tədris olunacağını, asudə vaxtlarının səmərəli dəyərləndirilməsindən ötrü müxtəlif tədbirlərin keçiriləcəyini nəzərə çatdırıblar. Həmçinin Bursa şəhərinin tarixi məkanlarına səfərin, eyni zamanda, Bursa Uludağ Universiteti İlahiyyat fakültəsinə ziyarətin də nəzərdə tutulduğunu bildiriblər.
Məlumat üçün bildiririk ki, “Yay məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin ixtisas biliklərinin və fərdi bacarıqlarının artırılmasıdır. Burada tələbələrə Ərəb və ingilis dilləri, Siyər və “Qurani-Kərim” dərsləri tədris olunacaq.
Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır. Nəzərə çatdıraq ki, Aİİ dünyanın müxtəlif təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurur.