• 24 Sentyabr 2020
logo
COVID-19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinə dair metodiki göstərişlər açıqlanıb

COVID-19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinə dair metodiki göstərişlər açıqlanıb

COVID-19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinə dair metodiki göstərişlər açıqlanıb.

Xəstənin monitorinq müddətində evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır. Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir.

Qeyd olunub ki, monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır. Xəstənin tibbi məlumatları ailə/sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti “COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir. Monitorinq nəticələri elektron ambulator karta əlavə edilir.

Göstərişdə təmizlik-dezinfeskiya işləri barədə, tibbi maskadan istifadə qaydaları, əllərin gigiyenasına dair tövsiyələr yer alıb.

Bildirilib ki, yaşı 60-dan yuxarı olan və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan xəstə şəxslərin müşahidəsi xüsusi rejimli tibb müəssisəsində icra edilməlidir. Hospitalizasiya edilmiş və xəstəxanadan evə yazılma meyarlarına cavab verən xəstələr bərpa müddətlərini ev şəraitində tamamlaya bilər. Xəstə müvafiq antiviral müalicə dərmanları ilə təmin edilərək evinə göndərilir və xəstəxanadan evə yazıldıqdan sonra xəstənin monitorinqi müvafiq ailə sağlamlıq mərkəzi (sahə poliklinikası) tərəfindən aparılır.