• 27 Mart 2025
logo
“Azərişıq” küləyə görə gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” küləyə görə gücləndirilmiş iş rejiminə keçib

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qurum istehlakçılardan yaranan hər-hansı qəza halları ilə bağlı çağrı mərkəzinə müraciət etmələri xahiş edir:

"İstehlakçılardan xahiş edirik ki, yaranan hər hansı çətinliklə bağlı müraciətlərini rəsmi Facebook və Instagram səhifələrimizə, whatsapp nömrəmizə və 24 saat fasiləsiz xidmət göstərən “199” Çağrı Mərkəzimizə yönləndirsinlər.