• 26 Sentyabr 2020
logo
“E-Təbib” tətbiqi ilə icazə almaq qaydaları müəyyənləşdi

“E-Təbib” tətbiqi ilə icazə almaq qaydaları müəyyənləşdi

"E-Təbib" tətbiqi ilə icazə almaq qaydaları müəyyənləşib.

Nazirlər Kabinetindən verilən məlumata görə, "E-Təbib" mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP" kodu daxil edilir;

- giriş etdikdən sonra "lisenziya razılaşma" bölməsinədaxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm" düyməsi sıxılır;

- "Bluetooth" və "GPS" sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə "icazələr" bölməsinə keçd edilir;

2. tələb olunan "FİN" kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. "Göndər" düyməsi sıxılır;

- "Təsdiq" və ya "İmtina" mesajı gələnə kimi gözləmə

mesajı ekranda görünür;

- "Təsdiq" mesajı gəldikdən sonra icazə alınmış sayılır.".