• 21 Sentyabr 2020
logo
Sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə icazə verilən işçi sayı azaldıldı

Sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə icazə verilən işçi sayı azaldıldı

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən sahələr üzrə işçi sayına dəyişiklik edilib

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Qərara əsasəs, fəaliyyətinə icazə verilən digər fəaliyyət sahələrində isə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.