• 7 Dekabr 2019
logo
add image
Abituriyentlər məsləhət üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər

Abituriyentlər məsləhət üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 24-dən avqustun 6-dək ixtisas seçimi edəcək abituriyentlər Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
Trend-in məlumatına görə, Mərkəz, Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılıb və artıq 2 ildir ki, fəaliyyət göstərir.
Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik və məsləhət xidməti göstərirlər.
Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71
Telefon: (+994 12) 431 41 12 (172)