• 27 İyul 2024
logo
Evdə müalicə oluncaq xəstələrin statistikası aparılacaq

Evdə müalicə oluncaq xəstələrin statistikası aparılacaq

Evdə müşahidə altında saxlanılan xəstələrin statistikası aparılacaq.

Bunu bu gün Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB bununla bağlı proqram hazırlayır:"Həmin proqram vasitəsilə evdə müşahidə olunan xəstələrin statistikası aparılacaq. Kimsəsiz xəstələrə isə asan könüllülər yardım edəcəklər. Bu məsələ əvvəldən də var və kimsəsiz şəxslərə həmin könüllülər yardım edirlər".