• 30 Sentyabr 2020
logo
Evdə müalicə olunacaq koronavirus xəstələrinə kim nəzarət edəcək? - RƏSMİ AÇIQLAMA

Evdə müalicə olunacaq koronavirus xəstələrinə kim nəzarət edəcək? - RƏSMİ AÇIQLAMA

COVİD -19-la mübarizəni təkmilləşdirmək üçün ambulator yardım Səhiyyə Nazirliyinə həvalə olunub.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu məqsədlə Təcili tibbi yardım xidməti də nazirliyə verilib: "Bu, bizim yükün azaldılması deməkdir. Evdə müalicə olunacaq xəstələrə nəzarəti sahə həkimləri edəcək. Bəlli saatlarda həkimlər telefon vasitəsilə xəstələri nəzarətdə saxlayacaqlar".