• 22 Sentyabr 2020
logo
AQTA “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində könüllü qəbulu elan edir

AQTA “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində könüllü qəbulu elan edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti dəfə “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində könüllü qəbulu elan edir.

AQTA-dan verilən məlumata görə, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində nəzarətçi qismində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə bağlı biliklərini artırmaq və ən əsası qida təhlükəsizliyinin təmin olunması prosesinə gəncləri könüllü qismində cəlb etməkdir. Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar - asudə vaxtlarında iştirak edəcək, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə edəcəklər.

Proqramda könüllü qismində iştirak etmək üçün 16-25 yaş arası, təhsil müəssisələrində təhsil alan və ya təhsilini ən azı 2 il əvvəl bitirmiş gənclər müraciət edə bilər.

Qeyd edək ki, AQTA-nın “Könüllü Qida Nəzarətçisi” olmaq istəyən gənclər Agentliyin rəsmi internet portalına (afsa.gov.az) daxil olub “Könüllülər” bölməsində qeydiyyatdan keçərək müraciət edə bilərlər.