İranda ötən sutka ərzində daha 133 nəfərin koronavirusdan (COVID19) ölməsi ilə indiyədək bu virusdan ölənlərin sayı 9 996 nəfərə çatıb. Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Sadat Larinin sözlərinə görə, ötən 24 saat ərzində daha 2 531 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 212 501 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 869 nəfərin vəziyyəti ağırdır. Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 172 096 nəfər koronavirusdan sağalıb. İranda koronavirus diaqnozu ilə əlaqədar 1,5 milyondan çox test həyata keçirilib.