• 27 Mart 2025
logo
Azərbaycan Dillər Universitetində Çinə həsr olunan onlayn seminar keçirilib

Azərbaycan Dillər Universitetində Çinə həsr olunan onlayn seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi "Duan-u" bayramına həsr olunmuş poetik onlayn seminar təşkil edib.

ADU-dan verilən məlumata görə, bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə həsr olunub.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının yüksək insani hisslər və həyəcanlarla dolu unikal fəlsəfəsindən danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın "Azərbaycan", "Çin səddi”, "Ay", “Bu sevgidir" şeirlərini Çin dilində söyləyib.

ADU tələbələrinin ifasında Tsui Yuanın əsərlərindən - “Sürgünün kədəri”, “Chu xətləri”, “Səma inciləri” və “Doqquz melodiyalar” poemalarından parçalar səsləndirilib.

Seminarın sonunda Konfutsi İnstitutunun müəllimi Fan Tszyaxao ənənəvi bayram yeməyi olan “tszuntszı”- qamış yarpaqlarına bükülmüş yapışqan düyünün hazırlanmasına həsr olunmuş kulinariya üzrə ustad dərsi keçirib.