• 27 İyul 2024
logo
Azərbaycanda ödənişli televiziya xidmətindən yararlananların sayı açıqlandı

Azərbaycanda ödənişli televiziya xidmətindən yararlananların sayı açıqlandı

Azərbaycanda ödənişli televiziya xidmətindən təxminən 300 000 ailə və yaxud əhalinin 12%-i istifadə edir.

Bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) məlumat yayıb.

Məlumata görə, əhalinin 80%-ə yaxını televiziya siqnalını peyk antennaları vasitəsilə qəbul edir, 8-10% arası əhali isə ev antennalarından istifadə etməklə yerüstü yayımdan bəhrələnir.