• 21 Avqust 2019
logo
add image
Riyaziyyat, texnologiya və kimya müəllimi olmaq istəyənlər imtahan verir

Riyaziyyat, texnologiya və kimya müəllimi olmaq istəyənlər imtahan verir

İyulun 22-də riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3216 namizədin iştirakı gözlənilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.
Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib. Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək.
Bu günədək keçirilən imtahanlarda ən yüksək nəticə riyaziyyat fənni üzrə 59 bal olub.