• 21 Sentyabr 2020
logo
Çavuşoğlu: “Türkiyə turizm sahəsində risk qrupuna daxil deyil”

Çavuşoğlu: “Türkiyə turizm sahəsində risk qrupuna daxil deyil”

“Pandemiya başlayandan indiyədək Türkiyə 120-dən çox ölkəyə dəstək verib”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən "Yenidən Kəşf et” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən deyib.

Nazir bildirib ki, turizm sahəsində Türkiyə risk qrupuna daxil olan ölkələr sırasında deyil.

“Ölkəmizə turist göndərəcək bütün ölkələrlə əlaqə yaratmışıq. Türkiyənin turizm sənayesi başqa ölkələrin turistlərini qarşılamağa hazırdır. Ölkəmizə gələn bütün turistlərin təhlükəsiz istirahəti üçün bütün tədbirlər görülüb”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.